Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Məftun Salmanov/
Türkiyənin futbol üzrə yığma komandasının baş məşqçisi Fatih Terim ölkə futboluna yeni gənc ulduzları qazandırmağa davam edir.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, təcrübəli mütəxəssis 12 yaşlı Fərhad Çoğalanı yaxından izləməyə başlayıb.
F.Çoğalan İspaniyanın "Valensiya" komandasında top qovur. O, bu il uşaqlar arasında sayca 9-cu dəfə keçirilən beynəlxalq çempionatın finalında "Atletiko"nun qapısına iki qol vurub. Bundan sonra dünya nəhəngləri də futbolçu ilə yaxından maraqlanmağa başlayıblar.
O, topla davranışına görə məşhur braziliyalı futbolçu Ronaldinyonu xatırladır.