Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Məftun Salmanov/
Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Almaniya Futbol İttifaqı ilə müqaviləni 2018-ci ilədək uzadıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, milli komanda ilə Rusiyada keçiriləcək dünya çempionatınadək (daxil olmaqla) işləyəcək.
Qeyd edək ki, Y.Löv 2006-cı ildən Almaniya millisinin sükanı arxasındadır. O, yığma ilə Avropa çempionatının gümüş və bürünc medallarını, dünya çemionatının isə qızıl və bürünc medallarını qazanıb.