...

Azərbaycan futbolçuları güclü Portuqaliya, İsveçrə və Ukrayna ilə bir arada

İdman Materials 16 Mart 2015 11:03 (UTC +04:00)
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların püşkü atılıb.
Azərbaycan futbolçuları güclü Portuqaliya, İsveçrə və Ukrayna ilə bir arada

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda keçiriləcək ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların püşkü atılıb.

Trend-in məlumatına görə, Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası A qrupunda yer alıb. Azərbaycan millisi bu qrupda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq.

B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan yığmaları yarışacaq.

Püşkün nəticələri müəyyən olduqdan sonra Prosineçki Azərbaycanın digəri ilə müqayisədə daha asan qrupa düşdüyünü qeyd edib.

Qeyd edək ki, çimərlik futbolu üzrə yarışlar 24-28 iyunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti