Azərbaycan, Bakı, 21 mart /Trend/
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.
Trend AFFA-ya istinadən məlumat verir ki, Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib.
İlk oyunda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.