...

Malta ilə oyunöncəsi millimizin tərkibində dəyişiklik oldu

İdman Materials 24 Mart 2015 12:52 (UTC +04:00)
"Avro-2016"nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.
Malta ilə oyunöncəsi millimizin tərkibində dəyişiklik oldu

Azərbaycan, Bakı, 24 mart /Trend/

"Avro-2016"nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.

Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın "Ayntraxt" klubundan Emil Balayev milliyə çağırılıb.

Qeyd edək ki, Azərbayan - Malta oyunu martın 28-i, saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti