Azərbaycan, Bakı, 20 may /Trend/
Tanınmış türkiyəli futbolçu Arda Turan Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Trend-in məlumatına görə, bu barədə A.Turan "Twitter"dəki səhifəsində yazıb.
A.Turan yazıb: "Başın sağ olsun, Azərbaycan! Başın sağ olsun, Türkiyə!"
Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.