...

Avropa Çempionu Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək

İdman Materials 21 May 2015 10:03 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq,beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009,2013-cü illər,həmçinin 2 dəfə Avropa Çempionatında 3-2-ci yerlər (2007-2011-ci illərdə ) Dünya Kubokunda iştirakına razılıq verib.
Avropa Çempionu Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək

Azərbaycan, Bakı, 21 may /Trend/

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009,2013-cü illər, həmçinin 2 dəfə Avropa Çempionatında 3-2-ci yerlər (2007-2011-ci illərdə ) Dünya Kubokunda iştirakına razılıq verib.

Bu barədə Trend-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Xatırladaq ki, bu il sentyabrın 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. Dünya Kubokunda 128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti