...

Uzun marafondan sonra Portuqaliya və Xorvatiya velosipedçiləri sabah Azərbaycana daxil olacaqlar

İdman Materials 5 İyun 2015 16:27 (UTC +04:00)
"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.
Uzun marafondan sonra Portuqaliya və Xorvatiya velosipedçiləri sabah Azərbaycana daxil olacaqlar

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı "Mazimçay" sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.

Bununla əlaqədar, AzVİF ölkə mətbuatının regional nümayəndəliklərini Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn velosipedçilərin təntənəli qarşılanma mərasiminə dəvət edir.

Xatırladaq ki, portuqaliyalı velosipedçi Xorxe Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən artıq məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan "Pedalinac" velosiped klubunun 7 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti