...

"Kəpəz" ev oyunlarını harada keçirəcək?

İdman Materials 23 İyun 2015 16:24 (UTC +04:00)
Premyer Liqada oynamaq imkanı qazanan “Kəpəz” futbol klubunun ev oyunlarını harada keçirəcəyi ilə bağlı məsələ açıq olaraq qalır.
"Kəpəz" ev oyunlarını harada keçirəcək?

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Premyer Liqada oynamaq imkanı qazanan "Kəpəz" futbol klubunun ev oyunlarını harada keçirəcəyi ilə bağlı məsələ açıq olaraq qalır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, yüksək liqa tələblərinə cavab verməyən Gəncə şəhər stadionunda köklü dəyişikliklərin aparılacağı dəqiqdir.

Klubun Müşahidə Şurası və şəhər rəhbərliyi problemi aradan qaldırmaq yönündə səylərini davam etdirir. Stadionda hansı işlərin görüləcəyi müvafiq qurumların təftişindən sonra veriləcək yekun rəydən asılı olacaq.

"Kəpəz" PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu deyib ki, görüləsi işlər çoxdur: "Əsas meydançanın ot örtüyünün normal səviyyəyə gətirilməsi üçün Gəncəyə AFFA tərəfindən mütəxəssislər dəvət olunub. Onlar bir dəfə qazona baxış keçiriblər. Meydanın drenaj sistemi köhnədir, ötən əsrin 60-cı illərindən qalıb. Ona görə qazonla da bağlı ciddi işlər görüləcək".

Ərazisi böyük olan idman qurğusunda aztutumlu ikinci stadionunun tikintisi də planlara daxildir. Süni örtüklü arena birtərəfli üstüortülü tribunadan ibarət olacaq. Artıq layihə hazırdır və yaxın günlərdə işə başlanmalıdır. Stadionun ərazisində həm də əlavə meydançalar salınacaq. 11 il öncə AFFA tərəfindən salınan və artıq sıradan çıxan kiçik ölçülü meydança yenilənəcək, baza isə təmir olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti