...

"Dinamo" "Qəbələ" ilə oyundakı insidentə aydınlıq gətirdi

İdman Materials 4 İyul 2015 01:06 (UTC +04:00)
Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubu Avropa Liqasının seçmə mərhələsi çərçivəsində iyulun 2-də Tbilisidə Azərbaycanın "Qəbələ" komandası ilə keçirilən oyundan sonra "Facebook" səhifəsində açıqlama yayıb.
"Dinamo" "Qəbələ" ilə oyundakı insidentə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubu Avropa Liqasının seçmə mərhələsi çərçivəsində iyulun 2-də Tbilisidə Azərbaycanın "Qəbələ" komandası ilə keçirilən oyundan sonra "Facebook" səhifəsində açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir:

"İlk növbədə qeyd etmək istəyirik ki, klub baş vermiş hadisədən dərin peşmanlıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. İyulun 2-də baş vermiş hadisə zamanı fiziki təzyiqə və sonra Gürcüstanın dostu olan ölkənin dövlət rəmzlərinin təhqirinə yol verildi.

Hadisə oyundan sonra "Dinamo Arena"dan kənarda baş verib və müvafiq olaraq, "Dinamo" təşkilatçı kimi bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz.

İkinci yarusda olan bannerlərdən birinə gəldikdə isə onunla bağlı stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banner tribunalardan uzaqlaşdırıldı.

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında dəfələrlə qeyd etdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün böyük şərəfdir.

Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırkı dövrünə və gələcəyinə xələl gətirməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti