...

"Almaniya son illər gənc oyunçuların inkişafına 100 milyon funt yatırıb"

İdman Materials 5 Sentyabr 2015 11:27 (UTC +04:00)
Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv alman futbolunun nəyin hesabına inkişaf etdiyi barədə danışıb.
"Almaniya son illər gənc oyunçuların inkişafına 100 milyon funt yatırıb"

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv alman futbolunun nəyin hesabına inkişaf etdiyi barədə danışıb. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Y. Löv pullların Bundesliqaya qoyulduğunu yaxşı hal adlandırıb.

Onun sözlərinə əsasən, bu, Almaniya millisinin güclənməsinə kömək edir, çünki son illər ərzində gənc futbolçuların inkiaşfına 100 milyon funt həcmində investisiya yatırılıb: "Bu, düzgün istifadə edilsə, alman futbolu üçün möcüzə yaratmaq olar".

Y. Löv qeyd edib ki, bu pullar gənclərin tərbiyəsini daha yüksək standartalara çatdırmaq üçün xərclənib: "Öz oyunçuların tərbiyə edilməsində və onlar aimkanların yaradılmasında məna var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti