...

Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina etdi

İdman Materials 16 Sentyabr 2015 17:16 (UTC +04:00)
Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib.
Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina etdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib. Bunu Trend-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

S.Məmmədova bunu Azərbaycanın qarşıdakı illərdə bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyi ilə izah edib: "Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb".

Qeyd edək ki, bu gün 2024-cü il Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb. Namizəd şəhərlər Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti