...

Teymur Rəcəbov və Pyotr Svidler sürətli şahmat oyununda yarışır

İdman Materials 19 Sentyabr 2015 17:38 (UTC +04:00)
Şahmat üzrə dünya kubokunda 1/8 finala vəsiqə uğrunda tay-breyklər başlanıb.
Teymur Rəcəbov və Pyotr Svidler sürətli şahmat oyununda yarışır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Şahmat üzrə dünya kubokunda 1/8 finala vəsiqə uğrunda tay-breyklər başlanıb.

Trend xəbər verir ki, tay-breyk iştirakçıları sırasında azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da var.

Yarışların 1/16 finalında Azərbaycan təmsilçisi və onun rusiyalı rəqibi Pyotr Svidler "klassik" partiyaları heç-heçə başa çatdırıblar. Onlar münasibətlərini sürətli şahmat oyununda aydınlaşdırırlar.

Xatırladaq ki, kubokun finalçıları şahmat üzrə dünya çempionu adı uğrunda matçda iştirak etmək üçün iddiaçıların turnirinə vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti