...

Gülhüseyn Abdullayev “V1 Challenge Bulgaria 2015” çempionatının 4-cü mərhələsinin qalibi olub

İdman Materials 22 Sentyabr 2015 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev "V1 Challenge Bulgaria 2015" çempionatının Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş 4-cü mərhələsinin qalibi olub.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, bu G.Abdullayevin çempionatda ikinci qələbəsidir. Belə ki, avqustun 30-da Vinisa kvartalındakı "Varna" kartinqdə keçirilmiş 3-cü mərhələnin də qalibi Azərbaycan təmsilçisi olmuşdu.

G.Abdullayev çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Naziriliyinin dəstəyilə iştirak edir. Yarışın 4-cü mərhələsində 8 pilot mübarizə aparıb. İkinci və üçüncü yerləri bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti