Şəhriyar Məmmədyarov: “İstərdim ki, Dünya Kubokunu Sergey Karyakin qazansın” (MÜSAHİBƏ)

Şəhriyar Məmmədyarov: “İstərdim ki, Dünya Kubokunu Sergey Karyakin qazansın” (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1\4 finalında - tay-brek görüşündə Rusiya təmsilçisi Sergey Karyakinə məğlub olan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Dünya Kubokunun mətbuat xidmətinə müsahibə verib.

- Artıq tay-brekdə məğlub olduğun Sergey Karyakinlə görüşdən iki gün keçir. Yorğunluq hələ də qalıb yoxsa...

- Yorğunluq o qədər hiss olunmurdu. 1\4 finala çox yaxşı hazırlaşmışdım. Turniri tərk etməyimə səbəb kimi yorğunluğu göstərmək düzgün deyil. Tay-brekdə iki bərabər səviyyəli şahmatçı üz-üzə gəldi. Bildiyiniz kimi 2012-ci ildə Sergey Karyakin rapid üzrə dünya çempionu olub. 2013-cü ildə rapid üzrə dünya çempionu mən olmuşam. Bu görüşdə bir şahmatçı qalib gəlməliydi, digəri isə turnirlə vidalaşmalıydı. Təəssüf ki, yarışla vidalaşmaq mənə nəsib oldu.

- Bəlkə Sergey Karyakinlə görüşün taleyini klassik partiyalarda həll etmək lazım idi?

- İlk klassik görüşdə çox yaxşı üstünlüyüm var idi. Qələbə qazanmaq üçün bir neçə variantdan istifadə etmək olardı. Həmin gedişləri görməmək bəxtsizlikdir. İkinci görüşdə hər ikimiz bir qədər ehtiyatlı davrandıq. Nəticədə ikinci görüş də heç-heçə başa çatdı. Bəlkə də tay-brekə saxlamaq lazım deyildi. Amma heç kim əvvəlcədən necə olacağını söyləyə bilməz. Dünya Kubokunda zəif şahmatçı yoxdur. Burada hər görüş sonuncu ola bilər. Mənim üçün 1\4 final sonuncu oldu.

- İndiyə qədər Sergey Karyakinlə keçirdiyin görüşlərin ümumi nəticəsi kimin xeyrinədir....

- Tay-brekdən sonra bununla maraqlandım. Təsəvvür edin, bütün görüşlərdə - həm klassik, həm də rapid görüşlərində ümumi nəticə mənim xeyrimədir. Sadəcə Dünya Kuboklarında Karyakinlə görüş alınmır. 2009-cu ildə Dünya Kubokunda 1\4 finala qədər irəliləmişdim. Ardıcıl dörd mərhələ keçdim. 1\4 finalda yenə də Karyakinə uduzdum. 6 il sonra Bakıda bu nəticə təkrarlandı.

- Demək olar ki, bəxt sənin tərəfində olmadı?

- Məğlubiyyəti bəxtsizliklə əlaqələndirməzdim. Sergey çox yaxşı şahmatçıdır. Bir-birimizi çox yaxşı tanıyırıq. Klassik partiyanın ilk görüşündə üstünlüyüm var idi, amma istifadə etmədim. Rapid görüşündə də üstünlük qazanmışdım. Lakin ilk dueldəki üstünlüyümdən yararlanmadım. On dəqiqəlik ilk partiyada oyun heç-heçəyə gedirdi. Çox fikirləşdim, sonra vaxtım bitdi - nəticədə məğlub oldum. Cavab görüşündə isə səhv etdim. Sadəcə daha çox irəliləmək istəyirdim. Dünya Kuboku Bakıda keçirildiyindən məsuliyyətimiz çox idi. İstəyirdim mümkün qədər yaxşı çıxış edim.

- Ümumilikdə Dünya Kubokundakı çıxışını necə qiymətləndirirsən...

- Bakıda keçirilən Dünya Kuboku rəqabət baxımından ən güclü kimi tarixə düşəcək. Çünki, yalnız dünya çempionu Maqnus Karlsen və hindistanlı Vişvanatan Anand iştirak etmədi. Digər güclülər Bakıda iştirakçılar sırasında idi. Çıxışımdan razıyam. İlk görüşdə Pouya İdaniyə qalib gəldim 1.5:0,5. İkinci görüşdə də qalib gələ bilərdim, sadəcə risk etmədim. Hou Yifanla görüşdə udmaq imkanlarım çox idi, amma hər şeyi tay-brekdə həll etdim. Hindistanlı Seturmanla ilk görüşdə qalib gəldim, ikinci dueldə üstünlüyüm olsa da heç-heçəyə razılaşdım. Halbuki ümumi görüşü 2:0 hesabıyla başa vura bilərdim. 1\8 finalda Fabiano Karuana kimi güclü şahmatçı üzərində 1.5:0.5 hesablı qələbəni uğur hesab edirəm. Dünya Kubokunda rahat mübarizə aparmağı bacardım. Ümumilikdə reytinqimi 9 xal artırdım.

- Sergey Karyakinə məğlubiyyətdən sonra atanız Həmid müəllim nə dedi?

- Bu dəfə təsəlli verməyə çalışdı. Dedi ki, Dünya Kubokunda yaxşı oynadım. Bir qədər artırmaq lazımdır. Daha çox məşq etməliyəm. Bilirəm ki, o məndən çox həyəcan keçirirdi.

- Bundan sonra Şəhriyar Dünya Kubokunda kimin qalib gəlməsini arzulayacaq?

- Yarımfinalda mübarizə aparan bütün şahmatçılarla yaxşı münasibətim var. Pavel Elyanovla uzun müddətdir bir-birimizi tanıyırıq, mənə daha yaxın Karyakindir. Sergeylə münasibətimiz çox yaxşıdır. Buna görə də istərdim Dünya Kubokunu Sergey Karyakin qazansın.

- Dünya Kubokunun təşkilatçılığından bütün qonaqlar razı qaldı. Sənin fikirlərini bilmək maraqlı olardı...

- Dünya Kuboku ən yüksək səviyyədə keçirilir. İki il əvvəl Tromsedə baş tutan Dünya Kubokunu yəqin ki, hamı xatırlayır. Bizim Dünya Kubokunu Norveçdə keçirilən yarışla müqayisə etmək belə olmaz. Bütün şahmatçılar Bakıdakı təşkilatçılara təşəkkür etdi. İndi hamı səbrsizliklə gələn il baş tutacaq şahmat olimpiadasını gözləyir.

- Dünya Kuboku iddiaçılar turnirinə vəsiqə qazanmaq üçün son şans idi. Deməli bu mövsüm iddiaçılarda azərbaycanlı şahmatçı olmayacaq...

- Dünya Kubokuna hazırlıq zamanı əsas hədəf iddiaçılar turnirinə vəsiqə qazanmaq idi. Son üç mövsümdə bizim şahmatçılar bu yarışda təmsil olunub. Çox istəyirdim ki, bu dəfə də iddiaçıların turnirində iştirak edib. Düşünürdüm ki, yaxşı nəticə qazana bilərəm. Təəssüf ki, alınmadı. Lakin turnirin keçiriləcəyi məkan hələ bilinmir. Bəlkə Azərbaycan növbəti dəfə bu mötəbər yarışa ev sahibliyi etmək istəyər, o zaman təşkilatçı ölkə kimi azərbaycanlı şahmatçının iştirakı mümkün olar. Bütün hallarda Dünya Kuboku günlərində azərbaycanlı şahmatçılara dəstək olan hər kəsə təşəkkür edirəm. 1\8 və 1\4 finalda turnirin keçirildiyi məkanda boş yer tapmaq mümkün deyildi. Oyundan əvvəl zalda bu qədər insanı görmək çox xoş idi. Azərbaycanda şahmatın sevildiyini hər kəs bilir. Sadəcə bayram günlərində bu qədər insanın gələcəyi gözlənilməz oldu. Hamıya təşəkkür edirəm. Azarkeşlərin məğlubiyyətimə üzülməsini istəməzdim. Ən çox onları sevindirmək üçün qalib gəlmək istəyirdim.

Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Bərdənin qisası alınır: Dinc əhalimizi atəşə tutan düşmən bölmələri Ordumuz tərəfindən darmadağın edilir (VİDEO)
Ermənilərin növbəti yalanı belə ifşa edildi - FOTOFAKT
Goranboyda Ermənistanın raket atəşi nəticəsində dağılan evdən görüntülər (FOTO)
GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb
Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - MN
Özbəkistanın qadın şairləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Prezidentə yazırlar: Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq
Bərdəyə hücum Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir - Hikmət Babaoğlu
DİN ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət edib
Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov
Ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir - Mütəxəssisdən XƏBƏRDARLIQ
Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir - ATƏT (ÖZƏL)
Cəsədlərin Ermənistana təhvil verilməsi prosesi zamanı insident baş verməyib - Dövlət Komissiyası
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilib
AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
Hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edək! - DİN-dən çağırış
Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib (FOTO)
Cəsədlərin təhvili ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib - BQXK
Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib
Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib
Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında Qanun təsdiqləndi
MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi
Babək qəsəbəsinə şəhər statusu verildi
Dağlıq Qarabağ münaqişəsinin sadə həlli mövcud deyil - Putin
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir – SƏRƏNCAM
Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
Azərbaycanın Kubada Səfirliyi təsis edilir
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Düşmən Goranboy, Tərtər və Bərdə rayonlarını artilleriya atəşinə tutur
Ermənistanın atəşi ilə Göygöldə baş verən meşə yanğını söndürüldü
Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib
Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert
Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - Deputat
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın mülki vətəndaşları öldürməsi ilə bağlı hesabat hazırlayıb
Ombudsmanın Bərdədə faktaraşdırıcı missiyasının fəaliyyətinə dair video hazırlanıb
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
“Şəxsi gigiyena qaydaları” şagirdlərə 1-ci sinifdən bir fənn kimi keçirilsin - TƏKLİF
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Polis karantin qaydalarına nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Ermənistanla sərhəd zastavasının atəşə tutulması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN
Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov
Ermənistanın 543-cü alayı Dağlıq Qarabağa getməkdən itmina edib
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - MN
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başlayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Bütün xəbərlər