...

Respublika stadionunun ot örtüyü nəhayət ki düzəldi (FOTO)

İdman Materials 30 Sentyabr 2015 16:35 (UTC +04:00)
“Qarabağ” klubunun birbaşa dəstəyi ilə görülmüş işlər nəticəsində Tofiq Bəhramov adına Respublika stadionunun uzun müddət bərbad halda olan ot örtüyü normal qaydasına düşüb.
Respublika stadionunun ot örtüyü nəhayət ki düzəldi (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Qarabağ" klubunun birbaşa dəstəyi ilə görülmüş işlər nəticəsində Tofiq Bəhramov adına Respublika stadionunun uzun müddət bərbad halda olan ot örtüyü normal qaydasına düşüb.

Trend Qol.Az saytına istinadən məlumat verir ki, meydançanın əvvəlki ("Qarabağ"ın Avroliqadakı son ev oyunu - İsveçrə "Yanq Boys"u ilə matçdakı) durumundan əsər-əlamət belə qalmayıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, "Yanq Boys"la oyundan sonra meydançaya yeni toxum səpilib: "Bu günə olan məlumata görə, meydançanın durumu 85-90 faiz normaldır. Müəyyən yerlərdə problem qalır ki, o da tədricən aradan qalxacaq".

Klub rəsmisi onu da bildirib ki, bu gün UEFA nümayəndələri stadiona baxış keçiriblər və meydançanın durumunu qənaətbəxş sayıblar.

Qeyd edək ki, "Qarabağ"ın Avroliqada ev oyunlarını keçirdiyi Respublika stadionunun ot örtüyünün durumu zaman-zaman pis vəziyyətdə olub. Bu isə "Qarabağ"ın istədiyi oyunu sərgiləməsinə mane olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti