...

Şahmatçılarımız Avropa çempionatında 3 medal qazandılar

İdman Materials 1 Oktyabr 2015 18:00 (UTC +04:00)
Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatı başa çatıb.
Şahmatçılarımız Avropa çempionatında 3 medal qazandılar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Trend-ə verilən məlumata görə, 8-18 yaşadək şahmatçıların ayrı-ayrı yaş qrupları üzrə mübarizə apardığı çempionat 9 turdan ibarət olmaqla İsveçrə sistemi ilə keçirilib. Ümumilikdə 25 şahmatçımızın mübarizə apardığı çempionatın finişində təmsilçilərimizdən 3-ü fəxri kürsüyə yüksələ bilib.

10 yaşadək qızlar arasında mübarizə aparan Aydan Allahverdiyeva aktivinə 7 xal yazaraq gümüş medala sahib çıxıb. Gövhər Beydullayeva 12 yaşadək qızların yarışında 2-ci yeri tutub. Ölkəmizə 3-cü gümüş medalı isə 8 yaşadək oğlanların çempionatında mübarizə aparan Read Səmədov qazandırıb.

Nurtac Heydərli 8 yaşadək qızlar arasında 4-10-cu yerləri bölüşdürərək yarışı 6-cı pillədə tamamlayıb. Nərmin Məmmədova 5.5 xal toplayaraq 18 yaşadək qızlar arasında 8-12-ci yerləri bölüşdürüb. Aydın Süleymanlı isə 6.5 xalla 10 yaşlı oğlanların yarışında 6-cı olub.

Digər şahmatçılarımız isə müxtəlif yerlərdə qərar tutsalar da, mükafatçılar sırasına düşə bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti