...

Bakıda şahmat üzrə Dünya Kubokunun qalibi bu gün məlum ola bilər (FOTO)

İdman Materials 3 Oktyabr 2015 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın final mərhələsində Rusiyanı təmsil edən Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır.

Bu gün tərəflər üçüncü görüşdə üz-üzə gəlir. P.Svidler ağ fiqurlarla oynayır. Əvvəlki iki görüşdə qələbə qazanan P.Svidler bu gün heç-heçəyə nail olsa Dünya Kubokunun qalibi olacaq.

Qeyd edək ki, yarışın qalibi 120 min ABŞ dolları qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti