...

Robert Prosineçki "Zirə"nin gözəl oyununu vurğulayıb (FOTO)

İdman Materials 5 Oktyabr 2015 13:50 (UTC +04:00)
"Topaz" Premyer-liqasının yeni komandası "Zirə" nəticələrilə futbol azarkeşlərini təəccübləndirməyə davam edir.
Robert Prosineçki "Zirə"nin gözəl oyununu vurğulayıb (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Vüqar İmanov/

"Topaz" Premyer-liqasının yeni komandası "Zirə" nəticələrilə futbol azarkeşlərini təəccübləndirməyə davam edir. Trend-in məlumatına görə, "Neftçi" üzərində 2:0 hesablı qələbə klubunun növbəti uğuru oldu.

Matçdan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov belə ağır matçda dəstəyə görə, klub azarkeşlərinə təşəkkür edib.

O bildirib ki, biz Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq: "Belə ağır oyunda futbolçular mənim bütün tapşırıqlarımı yerinə yetirdilər. Biz rəqiblərin oyununu dəqiq təhlil edirik və matçlara planlı şəkildə hazırlaşırıq. Biz "Neftçi"nin güclü və zəif yönlərini bilirdik".

"Zirə"nin oyununu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də qeyd edib.

Xorvatiyalı məşqçi "Futbol+"a müsahibəsində deyib: ""Zirə" "Neftçi" ilə oyunda gözəl oyun göstərdi və hətta böyük hesabla qalib gələ bilərdi. Mən meydanda keyfiyyətli yerli və əcnəbi futbolçularla komplektləşdirilən güclü komanda gördüm. Komanda öz oyunu ilə qalib gəlməyə haqq qazandı".

Qeyd edək ki, "Zirə" yeddi turdan sonra "Qarabağ" və "Qəbələ"dən sonra üçüncü yerdə qərarlaşıb. Komanda indiyədək çempionatda uduzmayıb və qapısından cəmi 2 top buraxıb. "Zirə"nin hesabında 4 qələbə və 3 heç-heçə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti