...

Çövkən oyunu üzrə 4-cü Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 6 Oktyabr 2015 15:10 (UTC +04:00)
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək.
Çövkən oyunu üzrə 4-cü Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək. 17-22 dekabr 2014-cü il tarixlərdə Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar.

Çempionatın ümumi mükafat fondu 50 min manat təşkil edir.

Yarışların qrafiki belədir:

• 16 oktyabr 2015-ci il - 4 play-off oyunu;
• 17 oktyabr 2015-ci il - 4 play-off oyunu;
• 18 oktyabr 2015-ci il - 4 play-off oyunu;
• 19 oktyabr2015-ci il - 4 play-off oyunu;
• 21 oktyabr 2015-ci il - ¼ final oyunları;
• 22 oktyabr 2015-ci il - 2 yarımfinal oyunları;
• 24 oktyabr 2015-ci il - 3-cü yer uğrunda və final oyunu.

Çövkən milli atüstü oyunu üzrə 4-cü Azərbaycan çempionatında iştirak edəcək komandaların siyahısı:

1) "Sərhədçi" çövkən komandası
2) "Kövsər" çövkən komandası
3) "Ağstafa" çövkən komandası
4) "Ağdam" çövkən komandası
5) "Şəki" çövkən komandası
6) "Ağcabədi" çövkən komandası
7) "Laçın" çövkən komandası
8) "Polad" çövkən komandası
9) "Balakən" çövkən komandası
10) "Zaqatala" çövkən komandası
11) "Qax" çövkən komandası
12) "Oğuz" çövkən komandası
13) "İsmayıllı" çövkən komandası
14) "Yevlax" çövkən komandası
15) "Bərdə" çövkən komandası
16) "Goranboy" çövkən komandası
17) "Göygöl" çövkən komandası
18) "Qazax" çövkən komandası
19) "Tovuz" çövkən komandası
20) "Daşkəsən" çövkən komandası
21) "Qəbələ" çövkən komandası
22) "Xaçmaz" çövkən komandası
23) "Batabat" çövkən komandası
24) "Elit" çövkən komandası

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanın qədim atüstü milli oyunlarının geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti