...

Rusiyalı qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etdi (FOTO)

İdman Materials 6 Oktyabr 2015 18:21 (UTC +04:00)
Mötəbər yarışdakı qələbəni dostum Vüqar Həşimova həsr edirəm. Mən onu heç vaxt unutmuram.
Rusiyalı qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etdi (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Şahmat üzrə "Dünya Kuboku 2015"-in qalibi, rusiyalı qrossmeyster Sergey Karyakin Vüqar Həşimovun xatirəsini yad edib.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dünya Kubokunun yeni sahibi Rusiyaya yola düşməzdən əvvəl yaxın dostunun, Azərbaycan qrossmeysteri V.Həşimovun xatirəsini yad edib, məzarı üzərinə çiçəklər düzüb.

Qeyd edək ki, rusiyalı qrossmeyster final görüşündən sonra keçirilən mətbuat konfransında Dünya Kubokunda qələbəsini dostu V.Həşimova həsr etdiyini deyib: "Dünya Kuboku zamanı Bakıda dostlarımın düşündüyümdən çox olduğunun şahidi oldum. Mötəbər yarışdakı qələbəni dostum Vüqar Həşimova həsr edirəm. Mən onu heç vaxt unutmuram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti