Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Azərbaycan millisi Sofiyada oyunöncəsi son məşqinə çıxıb.
Trend-in məlumatına görə, millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq.
"Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Trend AFFA-ya istinadən futbolçularımızın məşqindən fotoları və videonu təqdim edir: