...

Velotrekdə Yasamal məktəblilərinin yarışı keçirilib (FOTO)

İdman Materials 18 Noyabr 2015 18:21 (UTC +04:00)
Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Velotrekdə Yasamal məktəblilərinin yarışı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 18 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə Bakı Avropa Liseyinin komandası layiq görülüb. 13 və 158 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti