...

Qadın güləşçimiz “Qızıl Qran Pri” turnirinində gümüş medal qazanıb (FOTO)

İdman Materials 29 Noyabr 2015 00:13 (UTC +04:00)
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.
Qadın güləşçimiz “Qızıl Qran Pri” turnirinində gümüş medal qazanıb (FOTO)

Bakı. Trend:

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb. Qadın güləşçilərimizdən Nataliya Sinişin (55 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Çin təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal görüşünə çıxıb. Ancaq onların heç biri fəxri kürsüdə yer ala bilməyib.

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti