...

Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi

İdman Materials 21 Dekabr 2015 16:41 (UTC +04:00)
Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi Binə Atçılıq Mərkəzində olacaq.
Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi

Bakı. Trend:

Dekabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə 10-cu Prezident kubokunun yarımfinal oyunları keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, saat 12:00-da başlayacaq ilk oyunda meydana "Ağstafa" və "Ağcabədi" komandaları çıxacaqlar. Günün digər yarımfinal oyununda isə "Sərhədçi" və "Polad" komandaları görüşəcəklər.

Bir gün sonra isə eyni məkanda final oyunu olacaq. Prezident kubokunun qalibini müəyyən edəcək qarşılaşma saat 12:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti