...

Hakimlərimizə yeni təyinat

İdman Materials 8 Fevral 2016 17:49 (UTC +04:00)
Bu qrupda Niderland, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.
Hakimlərimizə yeni təyinat

Bakı. Trend:

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıblar.

Trend AFFA-ya istinadən məlumat verir ki, hakimlərimiz martın 23-dən 30-dək Niderlandda keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər.

Bu qrupda Niderland, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti