...

Bakıda Dünya Kubokunun açılışında "Azərbaycan gimnastikasının gələcəyi" adlı kompozisiya təqdim ediləcək

İdman Materials 18 Fevral 2016 17:52 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində "Azərbaycan gimnastikasının gələcəyi" adlı kompozisiya təqdim ediləcək.
Bakıda Dünya Kubokunun açılışında "Azərbaycan gimnastikasının gələcəyi" adlı kompozisiya təqdim ediləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində "Azərbaycan gimnastikasının gələcəyi" adlı kompozisiya təqdim ediləcək. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, adından da başa düşmək olar ki, kompozisiyada bütün gənc gimnastlarımız iştirak edəcəklər: "Kompozisiya 15 dəqiqə davam edəcək və Azərbaycanın milli musiqisi ilə müşayiət olunacaq".

M.Vasileva bildirib ki, açılış mərasimi çox maraqlı olacağını vəd edir, çünki orada gimnastikanın bütün altı növünün - qadın və kişi idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, akrobatika və aerobika - nümayəndələri iştirak edəcəklər: "Mən bütün arzu edənləri açılış mərasiminə dəvət edirəm və hesab edirəm ki, bu, Azərbaycan üçün ilk olan idman gimnastikası üzrə Dünya Kubokunun əla başlanğıcı olacaq".

Qeyd edək ki, Dünya Kuboku fevralın 19-21-də Bakıda keçiriləcək.

Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 19 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşır.

Dünya Kuboku - ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini - Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və Olimpiya çempionu Nelli Kim (Belarus) də səfər edəcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti