...

Daha bir Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxıb

İdman Materials 19 Fevral 2016 17:54 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə Azərbaycan gimnastı Yuliya İnşina paralel qollar üzrə finala çıxıb.
Daha bir Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxıb

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə Azərbaycan gimnastı Yuliya İnşina paralel qollar üzrə finala çıxıb.

Trend-in məlumatına görə, təsnifatın yekunları üzrə Y.İnşina 12,300 bal toplayaraq altıncı yeri tutub.

Daha bir gimnastımız Marina Nekrasova isə finalda ikinci ehtiyat idmançı olub.

Ən yaxşı nəticəni hər biri 13,850 bal toplamış almaniyalı Filip Lina və braziliyalı Flavia Lopes göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti