...

Azərbaycan Kuboku: "Qəbələ" "Zirə"dən, "Rəvan" "İnter"dən üstün oldu (YENİLƏNİB)

İdman Materials 2 Mart 2016 20:56 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycan Kuboku: "Qəbələ" "Zirə"dən, "Rəvan" "İnter"dən üstün oldu (YENİLƏNİB)

Oyunların nəticələri əlavə olunub (ilk xəbər saat 15:52-də yayılıb)

Bakı. Trend:

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.

Azarkeşlər birinci hissədə darıxmayıblar. Belə ki, 19 dəqiqə ərzində meydan sahibləri iki dəfə fərqləniblər. Sonra qonaqlardan cavab qolları gəlib - 2:2.

Lakin ikinci hissədə cəmi bir qol qeydə alınıb. 52-ci dəqiqədə İbrahim Qədirzadənin qolu "Xəzər Lənkəran"a qələbə qazandırıb - 3:2.

"Qarabağ" isə "Sumqayıt"ı sınağa çəkib.

Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 52-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə Mahir Mədətov yekun hesabı müəyyənləşdirib - 2:0.

"Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.

Oyunda qəbələlilər özlərini qonaq kimi aparmayıblar. Belə ki, 75-ci dəqiqədə Aleksey Qay hesabı açıb. 2 dəqiqə sonra Nelson Bonilla hesaba tarazlıq gətirsə də, Dodo əsas vaxtın sonuna 7 dəqiqə qalmış "Qəbələ"nin qələbə qolunu vurub - 1:2.

Bu mərhələnin sonuncu oyunu da Bakıda keçirilib. "Rəvan" "İnter"ə 2:1 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti