...

Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışları başa çatıb

İdman Materials 17 Mart 2016 18:18 (UTC +04:00)
Martın 14-dən etibarən “Şüa” İdman-Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir.
Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışları başa çatıb

Bakı. Trend:

Martın 14-dən etibarən "Şüa" İdman-Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, artıq komanda yarışları başa çatıb, qaliblər müəyyənləşib.

1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında keçirilmiş yarışlarda I yeri Sumqayıt, II yeri Bakı, III yeri Şirvan və Şabran komandaları, 1998-2000-ci il təvəllüdlü qızlardan ibarət komandalar arasında I yeri Sumqayıt, II yeri Şirvan, III yeri Şabran komandaları tutublar.

2001-ci il təvəllüdlü və azyaşlı oğlanlardan ibarət komandalar arasında I yeri Bakı-1, II yeri Şabran və III yeri Təhsil-1, Bakı-2 komandaları, qızlardan ibarət komandalar arasında isə I yeri Bakı-1, II yeri Şabran, III yeri isə Bakı-2, Şəki-1 komandaları qazanmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti