...

"Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-də keçirilə bilər

İdman Materials 23 Mart 2016 04:00 (UTC +04:00)
Daha öncə təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı baş tuta bilər.
"Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-də keçirilə bilər

Bakı. Trend:

Daha öncə təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı baş tuta bilər.

Trend-in Haber 7 qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyə Futbol Federasiyası hər iki komandanın qrafiki sıx olduğundan məhz bu tarixi nəzərdən keçirir.

Həmçinin qeyd olunur ki, matçın çempionatın nəticəsinə birbaşa təsir edəcəyindən, oyunun tez bir zamanda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Türkiyə Superliqasının 26-cı turu çərçivəsində martın 20-i keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" oyunu mümkün terror təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti