...

Güləş üzrə U-23 Avropa çempionatı başlayır / HEYƏT

İdman Materials 28 Mart 2016 13:37 (UTC +04:00)
29 mart - 3 aprel tarixlərində Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Güləş üzrə U-23 Avropa çempionatı başlayır / HEYƏT

Bakı. Trend:

29 mart - 3 aprel tarixlərində Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb.

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionata Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti