...

Azərbaycan üzgüçüsü Dubai International Aquatic Championship 2016 turnirində bürünc medal qazanıb

İdman Materials 6 Aprel 2016 12:53 (UTC +04:00)
Azərbaycan üzgüçüsü Maksim Şemberyev beynəlxalq lisenziya verən Dubai International Aquatic Championship 2016 turnirində 1500 metr məsafədə bürünc medal qazanıb.
Azərbaycan üzgüçüsü Dubai International Aquatic Championship 2016 turnirində bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycan üzgüçüsü Maksim Şemberyev beynəlxalq lisenziya verən Dubai International Aquatic Championship 2016 turnirində 1500 metr məsafədə bürünc medal qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.

Onun sözlərinə görə, üzgüçümüz bu nailiyyəti ilə "B" lisenziya normativini bir daha tesdiqləyib.

"Nəticələr qənaətbəxşdir. Cunki Maksim təlim məşq toplantısından sonra məşq yükünü azaltmadan belə mötəbər turnirə qatılıb. Bu yanaşma Azərbaycan Üzgüçülük Federasiyasının və Üzgüçülük üzrə milli komandanın məşqçilər korpusunun strateji hazırlıq planına daxildir. Dubai International Aquatic Championship 2016 turniri ötəri xarakter daşıyır. Əsas hədəfimiz 25-29 may tarixlərində Londonda keçiriləcək Avropa cempionatıdır və üzgüçülərimiz bu yarışlarda yüksək nəticələr göstərməyə çalışacaqlar" - deyə M.Rəhimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti