Bakı. Trend:
Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma keçirilib.
Fransa təmsilçisi PSJ öz meydanında "Mançester Siti"ni qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.
Qollar: De Bruyne, 38 (0:1), İbrahimoviç, 41 (1:1), Rabiot, 59 (2:1), Fernandinyo, 72 (2:2)
Digər oyunda isə "Real Madrid" Almaniyada "Volfsburq"un qonağı olub. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.
Qollar: Rodriqes, 18-pen (1:0), Arnold, 25 (2:0)