Bakı. Trend:
Bu gün Premyer Liqanın 30-cu turuna start verilib.
Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda "Rəvan"ı qəbul edib.
İlk qol 80-ci dəqiqədə gəlib - Asif Məmmədov qəbələliləri önə keçirib. 5 dəqiqə sonra Aleksey Antonov hesabı müəyyənləşdirib - 2:0.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.