Bakı. Trend:
"Barselona" klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib.
Trend-in məlumatına görə, o, "Tvitter" hesabında yazıb: "Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik".
Bunun müqabilində futbolçunun Azərbaycandakı fanatları oyunçuya təşəkkür mesajları göndəriblər.