...

Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku Bakıda

İdman Materials 20 İyun 2016 17:30 (UTC +04:00)
Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən, 20-29 iyun 2016-cı il tarixlərində Bakı şəhərində 15 olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışı (ISSF WORLD CUP 2016) keçiriləcək.
Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku Bakıda

Bakı. Trend:

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən, 20-29 iyun 2016-cı il tarixlərində Bakı şəhərində 15 olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışı (ISSF WORLD CUP 2016) keçiriləcək.

Gənclkər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 21-də Bakı Atıcılıq Mərkəzində saat 14:00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək.

Yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və "Qəbələ" Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq.

Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir.

Qeyd edək ki, bu yarışlar 6-14 avqustda Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində son mərhələdir.

16-23 sentyabr ərzində isə “Qəbələ” atıcılıq klubunda ənənəyə uyğun olaraq olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Qeyd edək ki, bu yarışlar 2016-cı il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.

20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı ISSF TV vasitəsilə dünyanın bir çox olkələrdə canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti