...

"Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim edib

İdman Materials 21 İyun 2016 20:44 (UTC +04:00)
"Neftçi” futbol klubu Avropa Liqasının ilk mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
"Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim edib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Neftçi” futbol klubu Avropa Liqasının ilk mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Trend klubun saytına istinadən məlumat verir ki, ərizədə 22 futbolçu yer alıb.

Qapıçılar: 44. Sənan Əlizadə, 53. Maksim Vaylo, 66. Kamran İbrahimov

Müdafiəçilər: 3. Jairo Rodriges, 4. Rahil Məmmədov, 22. Vançe Şikov, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 41. Ömər Buludov, 95. Elvin Bədəlov

Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Aqşin Qurbanlı, 45. Kamran Nəcəfzadə, 80. Edson Kastilyo, 88. Orxan Qurbanlı.

Hücumçu: 11. Ruslan Qurbanov.

Qeyd edək ki, ilk matçın başlanmasına 24 saat qalmışadək iştirak ərziəsinə daha bir futbolçunun adını əlavə etmək mümkündür. Bununla yanaşı, sifariş ərizəsinə son iki ildə klubda qeydiyyatda olan və yaşı 21-dən çox olmayan futbolçular daxil edilə bilər.

"Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın "Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə, cavab görüşü isə iyulun 7-də Bakıda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti