...

Estoniya nümayəndə heyətinin rəhbəri: Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb (FOTO)

İdman Materials 15 İyul 2016 14:22 (UTC +04:00)
Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb. Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokundakı Estoniya nümayəndə heyətinin rəhbəri Yanika Melder deyib.
Estoniya nümayəndə heyətinin rəhbəri: Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb (FOTO)

Bakı. Maksim Tsurkov – Trend:

Bakıda yarışlara hazırlıq üçün çox yaxşı şərait yaradılıb. Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokundakı Estoniya nümayəndə heyətinin rəhbəri Yanika Melder deyib.

O bildirib: "Biz Bakıya digər komandalardan bir az tez gəlmişik, çünki bura çox xoşumuza gəlir. Ötən il biz iki dəfə buraya gəlmişik. Bakı yarışlara hazırlaşmaq üçün çox yaxşı və rahat yerdir. Milli Gimnastika Arenasında Bakıda gözəl şərait var: zalları, qidalanma, həkimlər, masajçılar".

Onun sözlərinə görə, Estoniya təmsilçisi Karmel Kallemaanın Dünya Kubokunda əsas vəzifəsi səhvsiz çıxış etməkdir: "Bizim əsas vəzifəmiz yaxşı çıxış edib qarşıdakı yarışlarda bütün elementləri itkisiz yerinə yetirməkdir. Düşünürəm ki, biz kifayət qədər yaxşı hazırlaşmışıq və bunu göstərməyə çalışacağıq”.

Qeyd edək ki, bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti