...

42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərinə hazırlıq aparılır (FOTO)

İdman Materials 4 Avqust 2016 16:58 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib.
42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərinə hazırlıq aparılır (FOTO)

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib.

Bu barədə Trend-ə Bakı Şahmat Olimpiadasından məlumat verilib.

Bakı Şahmat Olimpiadasının direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və "Amapola" şirkətinin menecerlərinin iştirak etdiyi görüşdə mərasimin ssenarisi müzakirə edilib.

Təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq şöbələrə tapşırıqlar verilib.

Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat işləməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin Nəqliyyat departamentinə tapşırılıb ki, 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etsin.

Turnirin mətbuat xidməti xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq. Sentyabrın 1-də keçiriləcək açılış mərasimi saat 19-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti