...

Dremland Qolf Klubunda 12 yerli təlimçi beynəlxalq sertifikat alıb

İdman Materials 9 Avqust 2016 13:45 (UTC +04:00)
Dreamland Qolf Klubu Azərbaycan üçün tam yeni idman olan qolfun inkişafına dəstək verməkdə davam edir.
Dremland Qolf Klubunda 12 yerli təlimçi beynəlxalq sertifikat alıb

Bakı. Trend:

Dreamland Qolf Klubu Azərbaycan üçün tam yeni idman olan qolfun inkişafına dəstək verməkdə davam edir. Artıq Azərbaycanda qolfun tanınması və inkişafı üçün çalışacaq 12 nəfər yerli, beynəlxalq sertifikat qazanmış qolf təlimçisi var. Belə ki, avqust ayında 12 nəfər SNAG (Qolfa Yeni) adlı 2 mərhələli beynəlxalq təlimi uğurla tamamlayaraq vəkalət verilmiş təlimçi sertifikatlarını qazandılar.

Bu uğurla əlaqədar Dreamland Qolf Klubunun müdiri Filip Cons aşağıdakıları dedi: “Dremalnd Qolf Klubunda bizim əsas məqsədimiz qolfa mümkün qədər çox insan cəlb etmək və onların bu oyuna yiyənlənmələrinə köməklik gpstərməkdir. Qolfu oynamağaı oyrənən hər kəs Bakıda yaradılan bu qolf sahəsindən həzz alacaqdır. Təlimçilər komandamızla birlikdə biz yenilikçi yay düşərgəmiz və məktəb proqramımızla ölkədə qolfu inkişaf etdirəcəyik.”

Qolf üzrə PGA baş mütəxəssisi Maykl Svini: “Son aylarda biz 600 nəfər uşağa qolf təlimləri vemişik. Məktəbin yenidən başlanması ilə bu rəqəmin daha da artacağına əminik. SNAG Qolf-la işləmək böyük təcrübədir. Komandamızın təlim keyfiyyətlərinin artması, beynəlxalq sertifikat əldə etməsi qolfun inkişafı üçün əsaslı uğurdur. SNAG Qolfun təklif etdiyi yeniliklər və konsepsiya Azərbaycanda qolfun inkişafı üçün vacibdir. SNAG Qolfun “gələcəyin ulduzları” adlı proqramımızın uğurla həyata keçməyində böyük köməkliyi oldu. Bu proqram vasitəsilə biz uşaqların oyunun əsaslarımı mükəmməl mənimsəmələrinə kömək oluruq. Biz yaxın gələcəkdə yerli təlimçilərimizin SNAG Qolfun 3 və 4-cü mərhələlərinin də keçəçəklərini səbirsizliklə gözləyirik. Bununla biz qolfun daha da inkişafına nail olacağıq.

SNAG-in Avropa, Orta Şərq, Afrika və Hindistan üzrə inkişaf meneceri Den Killen təlimlə əlaqədar aşağıdakıları bildirdi: “Bakıda çox həvəsli olan 12 nəfər təlimçilərlə bir neçə gün keçirmək həqiqətən çox gözəl oldu. 12 beynəlxalq səviyyəli təlimçi ilə İnanıram ki, Azərbaycan qolf aləminə daxil olacaq və bu qolfçular nəsli yetişdirəcəkdir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti