...

"Alov qüllələri" Şahmat Olimpiadasına dəstək oldu (FOTO)

İdman Materials 14 Avqust 2016 11:06 (UTC +04:00)
Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur
"Alov qüllələri" Şahmat Olimpiadasına dəstək oldu (FOTO)

Bakı. Trend:

Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır. Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

Xəbər lenti

Xəbər lenti