...

Rioda Olqa İsmayılova yarışların növbəti mərhələsinə keçib

İdman Materials 14 Avqust 2016 23:42 (UTC +04:00)
Velosiped yarışılarda iştirak edən azərbaycan idmançısı Olqa İsmayılova yarışların növbəti mərhələsi keçib
Rioda Olqa İsmayılova yarışların növbəti mərhələsinə keçib

Bakı. Trend:

Velosiped yarışılarda iştirak edən azərbaycan idmançısı Olqa İsmayılova yarışların növbəti mərhələsi keçib.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti