...

42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır (VİDEO)

İdman Materials 23 Avqust 2016 17:08 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır.
42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır (VİDEO)

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, artıq mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib.     

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə açılış üçün hazırlanan dekorasiyanın və lazımi texniki avadanlığın quraşdırılmasına başlanılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.         

Avqustun 25-dən etibarən Bakı Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqləri başlayacaq.            

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.         

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti