...

Bakı Şahmat Olimpiadası - III turun hesabatı. Millimiz yenə qələbə qazandı (FOTO)

İdman Materials 4 Sentyabr 2016 23:20 (UTC +04:00)
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün üçüncü turun görüşləri keçirilib
Bakı Şahmat Olimpiadası - III turun hesabatı. Millimiz yenə qələbə qazandı (FOTO)

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün üçüncü turun görüşləri keçirilib, bunu Trend Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən xəbər verir.

Üçüncü turda kişilərdən ibarət əsas millimiz Macarıstana qalib gəlib. İkinci yığmamız Hindistana uduzduğu halda, üçüncü komandamız Livanı məğlub edib.

Favoritlərdən Rusiya Moldovanı 3:1, ABŞ Argentina 3:1, Çin Braziliyanı 3:1, Ukrayna Almaniyanı 2,5:1,5 hesabı ilə üstələyib.

Qadınlardan ibarət əsas millimiz rəqibi Polşaya qalib gəlib. İkinci komandamız Almaniyaya uduzub. Üçüncü yığmamız isə Qırğızıstanı tam üstələyib.

Favoritlərdən Ukrayna ABŞ-ı 2,5:1,5, Rusiya Özbəkistanı 3:1, Hindistan Filippini 3,5:0,5, Gürcüstan Estoniyanı 3,5:0,5 hesabı ilə məğlub edib. Reytinqdə birinci olan Çin millisi gözlənilmədən Vyetnamla heç-heçə edib - 2:2.

Kişilər

Azərbaycan-1 (2706) - Macarıstan (2655) 3:1

Şəhriyar Məmmədyarov - Riçard Repport 1:0

Teymur Rəcəbov - Zoltan Almasi 0:1

Rauf Məmmədov - Czaba Baloq 1:0

Arkadi Naydiç - Benjamin Qledura 1:0

Azərbaycan-2 (2576) - Hindistan (2651) 1:3

Vasif Durarbəyli - P. Harikirişna 0,5:0,5

Nicat Abasov - B. Adhiban 0:1

Ülvi Bacarani - Qucarti Santoş Vidit 0:1

Qədir Hüseynov - S.P. Seturaman 0.5:0,5

Azərbaycan-3 (2350) - Livan (2176) 4:0

Vüqar Əsədli - Fadi Eyd 1:0

Nail Bəşirli - Amro El Caviç 1:0

Abdulla Qədimbəyli - Elie Asmar 1:0

Pərviz Qasımov - Mahmud Abdulaziz 1:0

3 turdan sonra əsas millimiz 6 xalla ikincidir. Yığmamız yalnız Rusiyadan geri qalır. 4 xala malik ikinci komandamız 33-cü, üçüncü millimiz isə 59-cudur.

Qadınlar

Polşa (2360) - Azərbaycan-1 (2320) 1,5:2,5

Monika Soçko - Zeynəb Məmmədyarova 0:1

Yolanta Zavacka - Günay Məmmədzadə 0:1

Horovska Şçepkovsla - Gülnar Məmmədova 0,5:0,5

Klaudia Kulon - Aydan Höccətova 1:0

Azərbaycan-2 (2248) - Almaniya (2371) 2:2

Türkan Məmmədyarova - Elizabet Paetz 0,5:0,5

Xəyalə Abdulla - Marta Miçna 0:1

Nərmin Xələfova - Melanie Lubbe 1:0

Ülviyyə Fətəliyeva - Cudit Fuş 0,5:0,5

Qırğızıstan (1858) - Azərbaycan-3 0:4

Aleksandra Samaqanova - Nərmin Məmmədova 0:1

Diana Omurbekova - Xanım Balacayeva 0:1

Ayşən Alimbəy qızı - Gövhər Beydullayeva 0:1

Bəyimay Zahirbəy qızı - Ayan Allahverdiyeva 0:1

Yolanta Zavacka - Günay Məmmədzadə 0:1

Qadınlardan ibarət əsas millimiz 6 xalla 12-ci pillədə qərarlaşıb. Aktivində 4 xal olan ikinci komandamız 19-cu, üçüncü yığmamız isə 33-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti