Bakı. Trend:
Makedoniyanın paytaxtı Skopye şəhərində Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) bayrağı altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının ilk günü azərbaycanlı idmançılar üçün uğurlu alınıb.
Trend Mərkəzi Ordu İdman Klubuna istinadən məlumat verir ki, ilk yarış günündə - sentyabrın 21-də Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə başlayıb. Onlardan Ağahüseyn Mustafayev 65 kq, Coşqun Əzimov isə 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə A.Mustafayev KXDR idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kq-da dünya çempionu olub.
C.Əzimov isə final görüşündə Rusiya idmançısı Maqomed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.