...

Millimiz daha bir xal qazandı

İdman Materials 12 Oktyabr 2016 00:41 (UTC +04:00)
Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Azərbaycan milli komandaları qarşılaşıb
Millimiz daha bir xal qazandı

Bakı. Trend:

Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Azərbaycan milli komandaları qarşılaşıb.

Trend-in məlumatına görə, 90 dəqiqə ərzində komandalar bir neçə təhlükəli hücumlar qursada, hesabı aça bilməyiblər. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Millimiz daha bir xal qazanmaqla xal ehtiyatını 7-yə çatdırıb, və qrupda ikinci pillədəki yerini dahada möhkəmləndirib.

3 turdan sonra qrupda vəziyyət belədi:

Ölkə Oyun Qol Xal
Almaniya 3 8:0 9
Azərbaycan 3 2:0 7
Şimali İrlandiya 3 4:2 4
Norveç 3 4:5 4
Çexiya 3 0:3 2
San Marino 3 1:9 0

Digər oyunlarda bu nəticələr qeydə alınıb:

C qrupu:

Almaniya - Şimali İrlandiya - 2:0

Nprveç - San Marino - 4:1

Çexiya - Azərbaycan - 0:0

E qrupu:

Danimarka - Çernoqoriya - 0:1

Polşa - Ermənistan - 2:1

Qazaxstan - Rumıniya - 0:0

F qrupu:

Litva - Malta - 2:0

Slovakiya - Şotlandiya - 3:0

Sloveniya - İngiltərə - 0:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti