...

"Fənərbağça"nın təyyarəsində təhlükə (FOTO/VİDEO)

İdman Materials 19 Oktyabr 2016 15:47 (UTC +04:00)
Türkiyənin "Fənərbağça" futbol klubunun üzvlərini İngiltərəyə aparan təyyarə Budapeştə məcburi eniş edib.
"Fənərbağça"nın təyyarəsində təhlükə (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin "Fənərbağça" futbol klubunun üzvlərini İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib.

Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, klubun prezidenti Əziz Yıldırım və digərlərinin də olduğu təyyarənin təcili enişinə səbəb hava gəmisinin ön şüşəsinə quş dəstəsinin çırpılması olub.

"Fənərbağça"nın heyətini İngiltərəyə çatdırmaq üçün artıq İstanbuldan ikinci təyyarənin Budapeştə istiqamət aldığı bildirilir.

Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də "Mançester Yunayted"in qonağı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti