...

"Fənərbağça" "Mançester"dən intiqam aldı (VİDEO)

İdman Materials 4 Noyabr 2016 00:02 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir
"Fənərbağça" "Mançester"dən intiqam aldı (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Fənərbağça" İstanbulda ilk oyunda 4:1 hesabı ilə məğlub olduğu "Mançester Yunayted"i qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar. 2-ci dəqiqədə Mussa Sou möhtəşəm qola imza atıb.

İkinci hissəyə də türklər qolla başlayıblar - 59-cu dəqiqədə Lens Yeremen ingilisləri məyus edib.

89-cu dəqiqədə isə Runi "Mançester"in təsəlli qolunu vurub - 2:1.

Beləliklə, A qrupunda "Feyenord" və "Fənərbağça" 7 xalla 1 və 2-ci yerləri bölüşürlər. 6 xallı "Mançester Yunayted" 3-cüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti