...

Arda Turan bu kluba transfer olacaq

İdman Materials 15 Noyabr 2016 03:25 (UTC +04:00)
İngiltərənin dünyaca məşhur futbol klubu Liverpul, İspaniyanın Barselona klubunda forma geyən türk futbolçu Arda Turanı transfer edə bilər.
Arda Turan bu kluba transfer olacaq

Bakı. Trend:

İngiltərənin dünyaca məşhur futbol klubu Liverpul, İspaniyanın Barselona klubunda forma geyən türk futbolçu Arda Turanı transfer edə bilər.

Trend Sputnika istinadən xəbər verir ki, Liverpulun baş məşqçisi Yurgen Klop klub rəhbərliyinə Arda Turanı komandasında görmək istədiyini deyib. Hətta iddia olunur ki, Klop transferin tez bir zamanda baş tutması üçün israr edir.

Qeyd edək ki, Arda Turan 2010-cu ildə hələ Qalatasarayın futbolçusu olarkən UEFA-nın rəsmi saytına müsahibəsi zamanı ən böyük xəyalının Premyer liqada oynamaq olduğunu söyləmişdi: "Premyer Liqada oynamaq mənim ən böyük xəyalımdır. Avropada Liverpulu dəstəkləyirəm. Bu klub məni həmişə özünə cəlb edib. Bir gün Liverpulda oynamaq istəyərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti